Logo

Telekanal rəhbərinin işi məhkəməyə göndərilib

Telekanal rəhbərinin işi məhkəməyə göndərilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov barəsində olan cinayət işi üzrə istintaq yekunlaşıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu barədə Əziz Orucovun vəkili Cavad Cavadlı bildirib.

İş yaxın günlərdə icraata veriləcək.

Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Əziz Orucovun barəsində bu ilin iyulun 1-də cinayət işi başlanıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsində araşdırılıb.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR