Logo

General oğlu ilə bağlı şikayət geri götürülüb

General oğlu ilə bağlı şikayət geri götürülüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda xuliqanlıq hərəkəti etməkdə təqsirli bilinən Rüstəm Orucov, onunla birlikdə ittiham olunan Pərviz Abbasov və Kənan Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Binəqədi rayon Məhkəməsində baş tutan prosesdə zərərçəkmiş Sənan Səmədov məhkəməyə ərizə ilə müraciət edib.

O, müraciət edərək bildirib ki, təqsirləndirilən şəxslərin heç birindən şikayət və tələbi yoxdur. Zərərçəkmiş göstərib ki, hadisə zamanı təqsirləndiriləndən Pərvizlə Kənanın heç bir iştirakı olmayıb.

Daha sonra cinayət işi üzrə 3 şahid - Elçin Ağayev, Elxan Xəlilov və Əsgər Qasımov da dindirilib. Hər 3 şahid də təsdiqləyib ki, hadisə zamanı Kənanla Pərvizi görməyiblər.

Dispetçer Əsgər Qasımov deyib ki, Rüstəm Orucovla Sənan Səmədov hadisə zamanı kənara çəkiliblər və onların aralarında 20-25 saniyə söhbət olub. O, bu zaman onları gördüyünü, Sənanın isə yerə yıxıldığını deyib. Orada söyüş və heç bir asayiş pozulmayıb.

Rüstəm Orucovun vəkili Kamandar Nəsibovun sözlərinə görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatmayıb. İş üzrə dindirilməyən bir şahid qalıb. Həmin şahidin məhkəmədə dindirilməsi təmin ediləcək. Şahidlərin dindirilməsi mərhələsi başa çatandan sonra da sənədlərin tədqiqi mərhələsi başlayacaq. Bunlar da bitəndən sonra məhkəmə istintaqının başa çatması müzakirə ediləcək".

Proses sentyabrın 22-də davam edəcək.

İttihama görə, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMV markalı avtomobillə yol hərəkəti qaydalarını pozub.

Rüstəm Orucova əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Hadisənin digər iştirakçıları olan Kənan Vəliyev və Pərviz Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib, onlar barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub. O, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

Rüstəm Orucov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, Rüstəm Orucov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsində işləmiş general-mayor Novruzəli Orucovun oğludur.

Novruzəli Orucov bu hadisədən sonra tutduğu vəzifədən azad edilib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR