Ermənilər Qarabağda təlimlərə başladı
Kateqoriya məlum deyil
Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti irimiqyaslı təlimlərə başlayıb.
Bağmanlar adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriyadan, zirehli texnikalardan istifadə olunur.
Ağır artilleriyadan açılan atəş səsləri Ağdamın işğal altında kəndlərində, ətraf Ağcabədi və Bərdə rayonlarında aydın eşidilir. (apa)
Sfera.az






