Rza Zərrab məhkəməyə gətirildi: AYAQLARI QANDALLI VƏZİYYƏTDƏ

Rza Zərrab məhkəməyə gətirildi: AYAQLARI QANDALLI VƏZİYYƏTDƏ
 ABŞ-ın federal həbsxanasından azadlığa çıxarıldığı iddia edilən, əslində isə sistemdəki texniki çatışmazlıq səbəbi ilə yeri dəyişdirilən Rza Zərrab məhkəmə qarşısına çıxıb. Publika.az xəbər verir ki, o, hakimlərin qarşısına ayaqları qandallı və saçları qısa kəsilmiş formada çıxarılıb.

Məhkəmədə R.Zərraba ittihamnamə oxunub. Türkiyənin keçmiş İqtisadiyyat naziri Zəfər Çağlayan və Xalq Bankın direktoru Süleyman Aslan da təqsirləndirilən şəxslər kimi istintaqa cəlb ediliblər. R.Zərrab vəkili vasitəsilə hakimlərə günahsız olduğunu bildirib.

Təqsirləndirilənin vəkili Ben Brafman isə ittihamların və həbs cəzasının artırılmasına qarşı müdafiənin hazırlanması üçün məhkəmədən vaxt istəyib. Genişləndirilən ittihamnaməyə Zərrabın ABŞ-ın İran sanksiyalarına müdaxilə etmək və ABŞ maliyyə sistemi vasitəsilə bankları aldatmaq cinayətləri ilə bağlı yeni dəllilər əlavə edilib.

Qeyd edək ki, təxminən 1 il öncə hakim qarşısına çıxan Rza Zərrab həbs olunduqdan sonrakı ilk məhkəməsi xaric, heç vaxt məhkəmə salonuna qandallı formada çıxarılmamışdı.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...