Keçmiş deputatın dələduzluqda ittiham olunan oğluna rəhm olunmadı

Keçmiş deputatın dələduzluqda ittiham olunan oğluna rəhm olunmadı

Şaiq Hüseyn zərərçəkənin 70.000 manat pulunu mənimsəyib.

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Şaiq Hüseynin CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, Sabunçu rayon sakini, Şölə Səfərovanın (1977-ci il təv.) polisə müraciəti əsasında ötən il aprelin 12-də Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai rayon şöbəsinin keçmiş icra məmuru Hüseyn Şaiq Şadman RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Zərərçəkən müraciətində 70.000 manat pulunun dələduzluq yolu ilə Şaiq Hüseyn tərəfindən mənimsənildiyini bildirib.

Qadın göstərib ki, qardaşı bir müddət əvvəl həbs olunub, onun azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi məqsədilə ədliyyə kapitanı Şaiq Hüseynlə tanış olub.

Sonuncu qadını ona kömək edəcəyinə inandırıb və ümumilikdə sözügedən məbləği alıb, amma üstündən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq Ş.Səfərovanın qardaşının işi ilə bağlı hər hansı irəliləyiş olmayıb.

Aldadıldığını başa düşən Səfərova verdiyi pulunu geri qaytarmağa çalışsa da, buna nail ola bilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şaiq Hüseynov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

Yayılan məlumata görə, Şaiq Hüseyn keçmiş deputat, mərhum Şadman Hüseynin oğludur.


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...