Logo

İstanbul'da öldürülən Rövşən Lənkəranskinin intqamı alındı - VİDEO

İstanbul'da öldürülən Rövşən Lənkəranskinin intqamı alındı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tbilisidə qətlə yetirilmiş Azərbaycan vətəndaşının kimliyi məlum olub.

"Rustavi 2” televiziya kanalı xəbər verir ki, öldürülən şəxs, 1975-ci il təvəllüdlü Elçin Məmmədovdur.

Kanalın yaydığı xəbərə görə, E. Məmmədovun adı "qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb.

Qeyd edək ki, ötən gecə Tbilisidə qətlə yetirilən şəxs Azərbaycan vətəndaşıdır. Onun meyiti "Toyota” markalı avtomobildə aşkar olunub. Həmin şəxsin Rusiyada cinayət əməllərinə görə axtarışda olduğu bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən faktla bağlı Cinayət Məcəlləsinin iki – düşünülmüş qətl və odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması maddəsi üzrə cinayət işi başlanıb.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR