"Faytonçu" Nazim həkim Elman Əzimov haqda şok faktlar açıqladı – EKSKLÜZİV - ANONS
Kateqoriya məlum deyil
Bu gün Cebhe.info saytı və "Cümhuriyət” qəzetinin qonağı olan "faytonçu" ləqəbli müğənni Nazim Pişyari səhhətində yaranan problemlərdən danışıb. O "ElMed" klinikasında onu əməliyyat edən Elman Əzimovun Azərbaycan Tibb Universitetində işlədiyini deyib. "Faytonçu" Nazim həkimin ixtisası haqda da danışaraq bildirib ki, Elman Əzimov əslində hemoroy (babasil), yəni proktoloq cərrahdır.
Müğənninin iddiasına görə, Elman Əzimov müəyyən kurslardan keçdikdən sonra öd cərrahı kimi çalışmağa başlayıb.
Nazim Bakıda Laparoskopik Xolesistekomiya, yəni ödün xaric edilməsi əməliyatından sonra səhhəti pisləşmişdir.
Faytonçu Nazim Bakıdakı əməliyyat zamanı yaşanan olaylar, İsrail həkimlərinin yerli diaqnoza münasibətindən və digər məsələlərdən də danışıb.
Müsahibə zamanı bir çox maraqlı məqamlara toxunduq.
Qeyd edək ki, "faytonçu" Nazimlə təşkil etdiyimiz geniş müsahibə "Cümhuriyət” qəzetinin 13.09.2017 nömrəsində və Cebhe.info saytında dərc ediləcək.
Sfera.az






