Logo

Azərbaycan və İsrail müdafiə nazirləri görüşdü (FOTO)

Azərbaycan və İsrail müdafiə nazirləri görüşdü (FOTO)
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Tel-Əviv şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Aviqdor Liberman arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, protokola uyğun olaraq İsrail Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və Dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü baş tutub.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycan və İsrail müdafiə nazirləri görüşdü (FOTO)Azərbaycan və İsrail müdafiə nazirləri görüşdü (FOTO)Azərbaycan və İsrail müdafiə nazirləri görüşdü (FOTO)
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR