Logo

ABŞ səfirliyi Bakıda 500 dollara maşın satacaq – SİYAHI

ABŞ səfirliyi Bakıda 500 dollara maşın satacaq – SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avtomobillərin baxışı həmin gün saat 9:00-dan 11:00-a qədər mümkündür.

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda işlənmiş avtomobillərin satışı məqsədi ilə hərrac keçirəcək.

Fins.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkədə yaydığı məlumata əsasən, hərrac noyabrın 13-də Məmmədşərif Həmidov küçəsi, 51 ünvanında keçiriləcək.

Avtomobillərin baxışı həmin gün saat 9:00-dan 11:00-a qədər mümkündür. Alıcı mütləq şəxsiyyətini təsdiq edən şəkilli sənədi təqdim etməlidir. Alınan malların dəyəri dərhal ödənilməlidir.

Avtomobillərin ilkin qiyməti 500 dollardır.

ABŞ səfirliyi Bakıda 500 dollara maşın satacaq – SİYAHI

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR