Logo

“26-lar abidəsi” sökülərkən 3 erməninin cəsədi niyə tapılmadı?

“26-lar abidəsi” sökülərkən 3 erməninin cəsədi niyə tapılmadı?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sahil bağı yaxınlığındakı "26” kafesinin bağlanması "26 Bakı komissarı”nı bir daha gündəmə gətirib.

Sfera.az xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev bir daha Sahil bağındakı "26-lar abidəsi”nin söküntüsü zamanı tapılmayan 3 erməni meyitinə diqqət çəkib:

"2009-cu ilin yanvarın 24-26-da indiki Sahil bağı ərazisində o məzarlığın sökülüb ümumi şəhər qəbiristanlığına köçürülməsi zaman orada cəmi 23 cəsədin qalıqları tapılıb. Stepan Şaumyan, Tatevos Əmiryan və çərişəhərdə komendaturaya rəhbərlik etmiş Arsen Avakyanın cəsədləri orda olmayıb.

1919-cu il fevralın 26-da Gürcüstanın diplomatik nümayəndəsi Tiflisdən Azərbaycan Respublikasının xarici işlər nazirinə belə bir teleqram göndərib: "Tiflis radiostansiyası Həştərxandan Sokolovun (güman ki, senatorun) adına göndərilən, hərbi əsirlərin – Şaumyan və başqalarının müttəfiq missiyanın həbs edilmiş üzvləri ilə dəyişdirilməsinə aid radioteleqram tutub. Özü də teleqram aşağıdakı sözlərlə bitir: "Tezliklə Bakıda görüşənədək”.

"Sentrokaspi Diktaturası”nın qərargahında kargüzarlardan biri olmuş, sonra İkinci Dünya müharibəsi illərində alman bombardmanlarında həlak olmuş fransız Fransua Mirreyin xatirələrində də bəhs olunur: "Onlardan üçünü güllələmədilər, apardılar. Apardıqları yeri bilmirəm, çünki sirrdi”.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR