Logo

Elza Seyidcahandan yeni şeir: "Çapın məni"

Elza Seyidcahandan yeni şeir: "Çapın məni"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əməkdar artist Elza Seyidcahan yeni şeiri ilə yenidən gündəmə gəlib.

Sfera.az "Tikim" adlı şeiri təqdim edir:

Tikin məni divarlara

Hörük olum.

Dəlik olum qaranlıqdan

Baxanlara

İşıq olum

Uçanlara səmalarda

Qanad olum

Selik olum ağızlardan

Axanlara

Tikim,tikim məbəd olum

Nizələrə taxın məni

Tökün məni kuzələrə

Badələr süzün məni

Zirvələrdə ,yüksəklərə

Çapın məni

Məşəllərə sancın məni

Tikim sizi gübbələrdə,

Naxışlarda.

Sərin məni,

Sərin sular ürəklərə yayılsın.

Vurun məni Könüllərin zirvəsində

Taxın məni.

Dülgərlərin en şərəfli

Sənətində döyün məni.

Görün məni

Yuxularınız çin olanda

Sevin məni.

Öyün məni dostlarınızla

Masalarda,

Tapın məni axtaranda,

Səpin məni gözlərinizə

Təpin məni.

Çəkin məni,nazımı cəkin

Qurtaran deyil

Tərəzidə yükümə baxın

Seçin məni

Dönən deyil.

Vurun məni mismarlara.

Tikim sizin ağzınızı

Qırxayaq kimi.

Dartım ,sıxım sapınızı

Barama kimi.

Geyim cırım corabımı

Çatana kimi.

CIRIN-CIRIN

Siz də,geyin,cırın ,qaçın

Xəyallara batana kimi.

Tikim sizin ağzınızı

Boqana kimi,yatana kimi.

Çıxan sözün mənasını

Bilim sizin ağzınızdan

Sizə ziyan,

Bizə tiyan,

Ona tikan

Mənə böhtan

Atanların halına baxın

Həkk,həkk,həkk edin.

Soyun məni,soyunum töküm

Kirimi,kirimi bəlli olum

Kinimi,kinimi

Bələyini büküm ,beşiyə atım

Dərəyə şatım, qəbirə baxım

Qorxum qaçım,dağlara çapım.

Göydən yərə daş yağdI

Tikim sizi.

Torpaqdan göyə qar yağdı

Oynadım sızı.

Qaya üstündə qurd yatdı

Didim sizi

Çəmən üstə şeh azdı

Yolu azdı

Tarixlərə göl yazdı

Siz də tikin

Tikin məni

Yaman sözlər,

Yanan sözlər,

Məş sözlər,

Məst sözlər,

İlahilər oxuyum

Həkk,həkk, kəkk edin

Aşiqləri.

Tərk,tərk,tərk edin

Cahilləri

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR