O, həmişə qəlbimizdə yaşayacaq – Millət vəkili
Kateqoriya məlum deyil
Azərbaycan xalqının böyük oğlu Lütfi Zadənin vəfat xəbəri hamımızı kədərləndirdi.
Bu sözləri millət vəkili Aydın Mirzəzadə dünya şöhrətli alim Lütfi Zadənin vəfatı ilə bağlı qeyd edib.
"O, böyük alim, xalqımızın sevimli oğlu, dünya vətəndaşı idi. Onun həyatı hər bir gənc üçün nümunədir. Allah rəhmət eləsin, o həmişə qəlbimizdə yaşayacaq”.
Qeyd edək ki, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində 96 yaşında dünyasını dəyişib.
Sfera.az






