Logo

Ölkədə 1 milyon çox ağac əkilib

Ölkədə 1 milyon çox ağac əkilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yay ərzində ölkədə 1 milyondan çox zeytun, fındıq, qoz, badam, nar, tut, innab, püstə, ərik bağları salınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, 2017-ci ilin ötən dövrü ərzində aqromeşə massivlərinin yaradılması ilə bağlı Meşələrin İnkişafı Departamenti tərəfindən aqrobağlar salınıb. Meşə ilə örtülü olmayan ərazilərin 2187 hektarında 1 milyondan çox aqrar əhəmiyyətli zeytun, fındıq, qoz, badam, nar, tut, innab, püstə, ərik və s. cinslərdən ibarət aqrobağlar salınıb.

Müxtəlif meyvə ağaclarından cəmi 17314.7 kiloqram toxum tədarük edilərək 14,03 hektar sahədə tinglik səpini aparılıb. Kökləndirmə şöbəsində 39,34 hektar sahədə 2261.8 min ədəd çiling basdırılıb, böyütmə şöbəsində isə 0,28 hektarda 12,5 min ədəd, qapalı kök sistemində (polietilen torbalarda) 17,65 min ədəd meyvə tingi yetişdirilib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR