Cavid Qurbanov jurnalistlərə ev paylamasından danışıb
Kateqoriya məlum deyil
Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov mətbuatda jurnalistlərə ev bağışlaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sfera.az xəbər verir ki, C.Qurbanov Unikal.org-a açıqlamasında yayılan məlumatların əsassız və cəfəngiyat olduğunu deyib.
"Mənim jurnalistlərə ev vermək üçün nə şirkətim var, nə də o qədər imkanım. Bu ölkədə jurnalistlərə evi bir nəfər verir. O da cənab Prezident İlham Əliyevdir”.
Qeyd edək ki, əslən Kəlbəcərdən olan Cavid Qurbanovun kəlbəcərli jurnalistlərə ev bağışladığı barədə məlumatlar yayılmışdı.
Sfera.az






