Logo

"Ərim gəzdiyi qadının yanında məni döyüb, başımı..." - Gənc qadından DƏHŞƏTDOLU ETİRAF

"Ərim gəzdiyi qadının yanında məni döyüb, başımı..." - Gənc qadından DƏHŞƏTDOLU ETİRAF
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Erkən yaşda məcburən ərə verilən qızcığazların ürəyindəki arzuları puç olur. Onlar özləri üçün deyil, başqaları üçün yaşamağa məhkum olurlar. Öz hüquqlarını bilmədən həyatın ağır yükünü zərif çiyinlərində daşımağa məcbur edilirlər. Uşaq ola-ola uşaq dünyaya gətirirlər. Və bundan sonra da özlərinin yaşaya bilmədikləri həyatı övladlarına vermək arzusuyla təsəlli tapırlar. Beləcə, həyatın bütün çətinliklərinə göz yumaraq dözürlər. Gülməyən üzlərində donmuş uşaqlıq arzuları, bu zavallı qızcığazların hansı əzabları çəkdiyini əks etdirir. Bəzəndə daha çox kişilərin xəyanəti ilə üzləşdiklərinə rast gəlirik.

"Ərim gəzdiyi qadının yanında məni döyüb, başımı..." - Gənc qadından DƏHŞƏTDOLU ETİRAF

Çarəsiz qadınların son ümid yeri...

Xəyanətlərə məruz qalan qadınların əksəriyyəti isə qadın sığınacaqlarına üz tuturlar. Beləcə, bu dəfə də yolumuzu "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyindən saldıq. Burda hər yaşda qadın var. Əlləri qabarlı, ürəkləri dərdli, heç birinin üzü gülmür. Birinin həyat yoldaşı imtina edib, birinki həbsdə, başqa birininki isə...

Həmişəki kimi bu dəfə də ab-hava başqa cür idi. Uşaqların səsi böyüklərə, böyüklərin səsi isə uşaqlara qarışmışdı. Əvvəlcə sığınacağın həyətində bir neçə qadınla həmsöhbət oldum. Sonra bir anlıq diqqətim hamıdan kənara çəkilib, pilləkəndə tək oturub divara sıxılan qadına yönəldi. O, başını aşağı salıb gözlərini ovcuna dikmişdi. Üzündən keşməkeşli və acınacaqlı həyat sürdüyü hiss olunurdu.

"Ərim gəzdiyi qadının yanında məni döyüb, başımı..." - Gənc qadından DƏHŞƏTDOLU ETİRAF

Sfera.az əslən Masallı rayonundan olan 28 yaşlı Aliyənin (ad şərtidir- red.) həyat hekayəsini təqdim edir:

- Niyə tək oturmusan, hamıdan kənara çəkilib?

- Nə bilim... Onlar məni başa düşür (sığınacaqdakı qadınları nəzərdə tutur- red.). Bilirlər ki, dərdim böyük, dərdimə şərik olanım yox.

- Nədir dərdin?

- Burda dərdsiz qadın var? Yox! Amma mənim dərdim hamısının dərdindən böyükdür (kövrəlir).

"Ərim gəzdiyi qadının yanında məni döyüb, başımı..." - Gənc qadından DƏHŞƏTDOLU ETİRAF

Sakitləşdirməyə çalışıram. Fikrini yayındırmaq üçün keçmiş həyatından sual verirəm...

- Bəlkə keçmişinlə bağlı danışasan. Necə oldu ailə qurdun?

- (Hikkə ilə) Kaş ki, qurmazdım, indiki ağlım olsaydı bəlkə də belə olmazdı. Ehhh... 2006-cı ildə valideynlərimin razılığı ilə məcburi ailə qurdum. Həyat yoldaşım məndən səkkiz yaş böyükdür. Eyni rayondan olsaq da, ayrı-ayrı kəndlərdə yaşayırdıq. O təsadüfən bizim kəndə gələndə məni görüb bəyənmişdi. Mən onu istəmirdim, ancaq o məndən əlçəkmədi və istəmədən ərə getdim. Ailə qurduğumuz müddət ərzində, daha dəqiq desəm, 2008-ci ilə qədər mehriban və şad-firavan yaşamışıq. Ondan sonra yoldaşım özü öz əməlləri ilə həyatımıza zəhər qatmağa başladı. İki balamla günümüz qara, çörəyimiz para oldu. 2008-dən ta ki, bu ilin avqustuna qədər mən yaşamaq nədir bilmədim. Hər gün ölüb dirildim.

- Birdən-birə nə oldu ki, ərin belə dəyişdi?

- Ərim ilimiz 12 ay gününü yatmaqla yubadırdı, ayda, ildə bir dəfə işləyirdi, onu da burnumuzdan gətirirdi. Axırı da gününü yubatdığı kafelərdə əxlaqsız qadına ilişdi. Mən oldum yalan, o qadın oldu doğru. Doqquz ildən çoxdur ki, ərim onunla bir yerdədi. Nə məni boşayır, nə də onu atır. Nəsə, nə başınızı ağrıdım, ərimi yoldan çıxaran həmin qadın təkcə mənim yox, yüzlərlə  qadını gözü yaşlı qoyub, ailəsini dağıdıb. Deyim ki, həmin qadın həm də insan alveri ilə məşğuldur, ərimi də özünə qoşub. Hətta bir neçə dəfə polislər bunları xəbərdar da edib. Təsəvvür edin ki, o qadın başqa kişilərə də qadın düzəldir, mənim boynu sınmış ərimdə öz maşını ilə o qadınları deyilən ünvanlara aparır. Bir sözlə, əlbir olublar, nə iş görürlərsə bir yerdə edirlər. Ərim heç ağıllı yuvanın quşu deyil. Nəşəxorun yekəsidir, bütün kənd, el-oba onu nəşəxor, "alkaş" kimi tanıyır. İçir araqdan, çəkir nəşədən ağlı başında olmur. Onunla kefin çəkir, evə gələn kimi də bizi basıb döyür.

"Ərim gəzdiyi qadının yanında məni döyüb, başımı..." - Gənc qadından DƏHŞƏTDOLU ETİRAF

- Bəs, səbəbini soruşmursan?

- Qorxumuzdan heç ağzımızı aça bilirik ki, səbəb də soruşam. Görün, ata da gecə saat 3-də gəzdiyi qadının yanından gəlib, uşaqları oyadıb səbəbsiz yerə döyüb sonra da çölə atar? Təsəvvür edin ki, mən onun futbol topuyam. Burdan vurur, ordan tutur. O mənə də, balalarıma da elə zülmlər edib ki, birini tam ətraflı danışsam bəlkə də havalanarsınız. Heç bilmirəm hansından başlayım, hansında qurtarım (doluxsunur)

Əlləri qabarlı, gözləri nəmli, baxışları fikirli idi...

- Neçə dəfə acıq edib atam evinə getmişəm. Hər dəfəsində də özü dalımca gəlib, boşanmaq istəmişəm imkan verməyiblər. Hələ bir dəfə də məni həyətin ortasında taxtayla o qədər döydü ki, iki gün huşsuz vəziyyətdə qaldım. Ayılandan sonra isə balalarımı da götürüb atamgilə getdim. Fikrim də qəti boşanmaq idi. Neçə dəfə dalımca gəldi, getmədim, heç uşaqlarımın üzünü də göstərmədim. Axırda qapımıza ağır seyidlə gəldilər, atamgil seyiddən keçə bilmədi. Uşaqları anamgildə qoyub mən ona qoşulub gəldim. Bunların qonşuluğunda bir oğlan var idi, ərimin gəzdiyi qadını oda tanıyırdı. Ərim mən axrıncı dəfə evdən acıq edib gedəndə o əxlaqsıza deyibmiş ki, guya məni gətirməyəcək. Nəsə, oğlan xəbər tutar ki, bu mənim dalımca gəlib, tez o qadına xəbər verər. Yoldaydıq, Pərvizin (əri- red.) telefonuna mesaj gəldi, mesajı oxuyandan sonra rəngi dəyişdi, qanı qaraldı. Evə getdiyimiz yolu dəyişib başqa yola döndü. Sən demə, o qadın buna yazıbmış ki, "sən onu gətirdin, gedin xoşbəxt olun". Məndə heç nə soruşmadım, ancaq görürəm ki, rəngi boğulub. Bir az yol getdikdən sonra bir qapıya çatdıq. Pərviz kiməsə zəng etdi və bir qadın qapıdan çıxıb maşına oturdu. Heç ağzımı açmamış o qadının yanında elə maşının içində mənə bir toy tutdu. Necə deyərlər, nə yemisən turşulu aş... Təsəvvür edin,  maşının içində o qədər döydü ki, ağlım başımdan çıxdı. Bir o yadımdadı ki, axırda maşından sürüyüb yerə düşürtdü. Sonra nə etsə yaxşıdır?

"Ərim gəzdiyi qadının yanında məni döyüb, başımı..." - Gənc qadından DƏHŞƏTDOLU ETİRAF

- Nə etdi ki?

Başını aşağa dikib utanana-utanana "Pərviz əxlaqsız baxa-baxa mənim başımı murdarladı", - dedi...

Və sözünü bitirməmiş hönkürtü ilə ağlmağa başladı. Bir neçə dəqiqəlik məndə susdum. Əslində onun o sözündən sonra söz tapmadım deməyə  və sakitləşməyini gözlədim. Ara sakitləşdikdən sonra isə sonra davam etdim...

- Sonra nə baş verdi?

- İnanın yadımda deyil. Bir o yadımdadır ki, gözlərimi açanda bir tərəfimdə oğlumu, bir tərəfimdə isə qızımı gördüm. Bilirsiniz, bu birinci dəfə deyil ki, dəfələrlə belə hallar baş verib. Ancaq el-aləmin qınağına, valideynlərimin "döz, otur", deməsinə görə susub oturmuşam. Həm də atamgil mən acıq edib gedəndə həmişə deyirdilər ki, "boşanıb gəlmək istəsən tək gəl, balalarını gətirmə". Çoxu da o uşaqları atmayım deyə dözüb dayanırdım. Təsəvvür edin, o qədər məni tək otağa salıb döyüb, üst-başımı cırıq-cırıq edib, axırda da qapını kilidləyib günlərlə ac saxlayıb ki. Hətta acıq edib gedəıcəyimi bilirdi deyə mənə hədə qorxu gəlirdi ki, qaçıb getsən bütün kəndə yayacam ki, "yad kişilərlə tutmuşam, ona görə bu hallara salıram". Görün, nə qədər şərəfsiz kişidir. Ondan o qədər iyrənirəm ki, ərim belə deməyə utanıram. Mən cəhənnəm mən arvadı idim də. Bəs, uşaqlarımı niyə döyürdü? O körpələri elə döyürdü ki, yazıqlar qorxularından özlərini batırırdılar. O  elə qudurğan, əclaf adam idi ki, atası-anası bizim tərəfimizi saxlayıb dillənəndə, o bədbəxtləri də basıb döyürdü. Ona heç kimin gücü çatmır. Hər gün çəkirdi nəşəni, dururdu həyətin ortasında ağzına gələn əxlaqsız, küçə qadınına yaraşan, pis-pis söyüşlər söyürdü. Qonşularda artıq boğaza yığılıb, ancaq qorxularından bir söz deyə bilmirlər. Bir adamki öz valideynlərini döyə, qonşuya nə baxır.

"Ərim gəzdiyi qadının yanında məni döyüb, başımı..." - Gənc qadından DƏHŞƏTDOLU ETİRAF

- Niyə polisə şikayət etmirdiniz?

- İki dəfə mən, bir neçə dəfə də valideynləri şikayət edib. Ancaq nə xeyri, yenə eyni yol, eyni əməldədir.

Söhbət əsnasında yaşadıqlarını danışdıqca çox emosional görünürdü...

- Bəs, bura necə oldu gəldin?

- Həəə, bura axrıncı dəfə evdən üz döndərib gəldim. Demək, səhər tezdən oğlumda, buda həyətdə idilər. Oğlum oyuncaqlarıyla oynayırdı, atası da maşınının nəyinisə sökmüşdü. Birdən birə heç nədən, birdə onda gördüm ki, səbəbsiz yerə uşağı elə döyür. İnanın Allaha uşaq qorxudan özünü batırmışdı, bədəni gömgöy idi. Məndə qorxumdan uşağa yaxınlaşa bilmədim. Artıq boğaza yığıldım və həmin an tüpürdüm hər şeyə. Gözlədim bu evdən çıxsın. O gedən kimi məndə balalarımı caynağıma vurub evdən qaçdım. Birtəhər buranı tapdım. Ancaq bir müddət atamgildən də yerimi gizlətdim. Xəbər tutdum ki, anamın vəziyyəti yaxşı deyil. Anama zəng elədim, danışanda and-aman elədi, məcburən yerimi dedim.  Oda atamı götürüb bura gəldilər. Sonra da ərim buranın yerini tapıb gəldi, ancaq nə uşaqlarım, nə də mən ona yaxın getmədik. Bu dəfə onu bağışlamayacam.  Çox bağışlamışam, alçalmışam, amma artıq gecdir. Düzdü, həmişə düşünürdüm ki, bəlkə də nə zamansa o dəyişəcək, əvvəlki kimi adam olacaq. Nə xeyri, heç nə dəyişmədi. son qərarım ondan boşanmaq və uzaq olmaqdı. Həyatımı onsuz qurmaq, balalarımı tək başına böyütməkdi. Heç atamgilədə qayıtmayacam, çünki onlar balalarımı qəbul etmədilər. Qəbul etsəydilər mən buralara üz tutmazdım. Onlar məni yox, el-aləmin qınağını üstün tutdular. Axırımda bu...

"Ərim gəzdiyi qadının yanında məni döyüb, başımı..." - Gənc qadından DƏHŞƏTDOLU ETİRAF

Gözləri dolur və ağlayır...  Söhbəti uzatmadan yekunlaşdırıram. Oradan uzaqlaşsam da, fikrimdə o qadının doğmalarını, evini, ən əsası isə xoşbəxtliyini itirməsi dolaşırdı.

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR