Logo

Zəhranı öldürən mərmi parçası muzeyə verildi - Foto

Zəhranı öldürən mərmi parçası muzeyə verildi - Foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Erməni silahlı qüvvələri tərəfindən dəzgahlı qumbaratanlardan atılmış, 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın ölümünə səbəb olmuş mərmi parçası Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib.

Sfera.az xəbər verir ki, bu barədə Report-a Muzeydən məlumat verilib.

Mərmini Muzeyə Füzuli rayon sakini, Bakı Dövlət Universitetinin müəllimi, tədqiqatçı tarixçi, Qarabağ Ekspert Şurasının üzvü Nazim Tapdıqoğlu (Vəlişov) təqdim edib.

Nənə və nəvənin həyatına son qoyan mərmi parçası Muzeyin guşəsində Azərbaycan tarixinin qanlı səhifələrinin sübutu olaraq əks yer alacaq.

Xatırladaq ki, 4 iyul 2017-ci il tarixində Füzuli rayonunun Alıxanlı kəndi erməni silahlı qüvvələri tərəfindən minaaatanlardan və dəzgahlı qumbaratanlardan atəşə tutulub. Mənfur düşmənin növbəti dəfə atəşkəsi pozması nəticəsində Alıxanlı kənd sakinləri - 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyeva həlak olub.

Sfera.az

Zəhranı öldürən mərmi parçası muzeyə verildi - Foto
Zəhranı öldürən mərmi parçası muzeyə verildi - Foto

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR