Logo

Azərbaycan müharibə şəraitində yaşayan ölkədir, hər birimiz... - ŞƏRH

Azərbaycan müharibə şəraitində yaşayan ölkədir, hər birimiz... - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Təhsilin inkişafı və populyarlıq qazanması üçün yüksək nailiyyətlər əldə etmiş şagirdlərin cəmiyyətə təqdim olunması, onlara diqqət və qayğı göstərilməsi digər şagirdlərə də stimul verəcək".

Bu sözləri Sfera.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspertin fikrincə, hər bir təhsil şöbəsi tərəfindən özünün bir il ərzində gördüyü işlər barədə ətraflı müzakirə və hesabatlar verməsi problemlərin aradan qaldırılması istiqamətində mühüm addım ola bilər:

"Lakin nəzərə alsaq ki, bir neçə gün sonra yeni tədris ili başlayacaq, bu zaman kəsiyində orta məktəblər daha çox yeni tədris ilinin başlanmasına hazırlıq işləri aparırlar, ona görə də, bu tədbirlər o qədər də effektiv olmayacaq. Hal hazırda orta məktəb binaları cari təmir olunur, dərs bölgüsü aparılır və digər məsələlər ətrafında ciddi işlər gedir, ona görə də, aidiyyəti qurumlardan bu tədbirlərin yükəsk səviyyədə təşkil olunmasını gözləmirəm".

Diqqətimi cəlb edən məsələlərdən biri də odur ki, təşkil olunan metod birləşmələr sırasında Gənclərin Hərbi Hazırlıq fənni yoxdur:

"Bu ya texniki səhvdir və ya yaddan çıxıb. Hesab edirəm ki, bu çox mühüm bir məsələdir. Azərbaycan müharibə şəraitində yaşayan ölkədir və hər birimiz ilkin özünümüdafiə bilik və bacarıqlarına yiyələnməliyik. Düşünürəm ki, bu fənnə diqqət heç də digər fənlərdən az olmamalıdır".

Çinarə Məmmədova

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR