Bütün Qafqazın şeyxi Arakan qətliamı ilə bağlı görün nə dedi...
Artıq neçə gündür ki, Myanmanın Arakan əyalətində buddistlərin müsəlman kəndlərinə hücumu, insanları vəhşicəsinə qətl etməsi dünya mediasının gündəmindən düşmür.
Türkiyə başda olmaqla əhalisi müsəlman olan bir çox ölkələrin həm hökumət, həm də dini qurumları XXI əsrdə baş verən bu vəhşiliyə etiraz etməkdədir. Lakin bu məsələdə Qafqaz Müsəlmanları İdarəsinin susqunluğu açıq görünür. Bu suala aydınlıq gətirmək üçün "Gununsesi.info”nun əməkdaşı QMİ sədri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə telefonla əlaqə saxlayıb.
Sualımızı dinləyən Şeyx həzrətləri bir qədər susqunluqdan sonra bu barədə danışmaq imkanının olmadığını bildirib.
"Mən indi məclisdəyəm, danışmaq imkanım yoxdur. Bizim idarənin mətbuat xidməti ilə əlaqə saxlasanız yaxşı olar” deyən Allahşükür Paşazadə telefonun dəstəyini asıb.
Sfera.az






