Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir
Kateqoriya məlum deyil
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı münasibətilə bu gün bütün hərbi hissələrdə "Açıq qapı” günü keçirilir.
Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumatda bildirilib ki, ziyarətçilər, ictimaiyyət, KİV nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanalarına və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.
Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.
Sfera.az






