Dəhşətli cinayət: Göyçayda kollec müəlliminin intihar etməsinin - TƏFƏRRÜATI
Bu gün səhər saatlarında Göyçay şəhər Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəlliminin intihar etməsi ilə bağlı xəbər yayılıb.
1984-cü il təvəllüdlü Həmidov Hüseyn Maarif oğlu bu gün səhər yaşadığı evin həyətində özünü kəndirlə asıb. İntiharın səbəbi məlum deyil. Fakt üzrə rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. H. Həmidov 1 uşaq atası idi.
Mərhumun yaxın qohumlarının Sfera.az-a daxil etdiyi məlumata görə, onun 40 min manata yaxın borcu olub:
"Anası və həyat yoldaşı işləyib onun borcunu ödəyirdi. Dünən axşam saatlarında Hüseyn evdən çıxıb kiminləsə görüşüb, qayıdandan sonra isə özünü kəndirlə asıb. Hələlik tam dəqiq məlumatımız yoxdur. Başımız yas mərasiminə qarışıb. İntiharla bağlı Göyçay Rayon Polis İdarəsində araşdırma aparılır".
Əlavə olaraq qeyd edək ki, Hüseyn Həmidov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucovun bacısı oğludur. Xəlil Orucovun qardaşı Vahid Orucov isə 1992-ci ilin dekabr ayından 1993-cü ilin avqust ayınadək Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olub.
Gülnarə Eynullaqızı
Sfera.az






