Logo

Yeni dərs ilinə köhnə problemlərlə başlayırıq... - Ekspertdən HƏYƏCAN TƏBİLİ

Yeni dərs ilinə köhnə problemlərlə başlayırıq... - Ekspertdən HƏYƏCAN TƏBİLİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Son bir həftə ərzində Azərbaycanda məktəblilər üçün təşkil olunan yarmarka və digər yerlərdə satılan məktəb ləvazimatları arasında apardığım araşdırma  göstərir ki, post sovet ölkələri arasında ən bahalı dəftərxana malları Azərbaycandadır".

Bu sözləri Sfera.az-a danışarkən təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Yeni dərs ilinə köhnə problemlərlə başlayırıq... - Ekspertdən HƏYƏCAN TƏBİLİ

Ekspert bildirib ki, bizdə bir məktəbli üçün minimal dəst təxminən 55 manata başa gəlir:

"Halbuki oxşar dəsti Moldovada 35 manata, Qırğızıstanda 32 manata,Qazaxıstanda 27 manata, Rusiyada isə 19 manata almaq olar. Ən ucuz dəftərxana dəsti Belorusdadır. Dəftər, qələm və karandaşın ən ucuz olduğu ölkə Belorusdur. Belorus məktəblisinin minimal xərci 12 manat təşkil edir. Ümumilikdə götürdükdə Gürcüstan istisna olmaqla post sovet ölkələrində dəftərxana malları orta hesabla 5-10% bahalaşıb. MDB ölkələrinin əksəriyyətində vahid məktəbli geyimi tətbiq edilir. Azərbaycanda 2012-ci ildən  ildən məktəbli geyiminə keçilib. Məktəbli geyimlərinin alınması üçün Rusiyalı valideynlər daha çox xərcə düşürlər. Rusiyada məktəbli geyiminin bir dəsti təxminən 130 manata başa gəlir. Qazaxıstanda bunun üçün 82 manat, Azərbaycanda isə 80 manat ödənilməlidir. Ukrayna da bu geyimləri 41 manata,Belorusda39 manata almaq olar. Yaxın qonşularımızda vəziyyət nisbətən yaxşıdır. Gürcüstanda isə məktəbli geyimləri  20 manat təşkil edir".

Ekspertin fikrincə, dərsliklər hər il məktəblilərin baş ağrısına çevrilir:

"Azərbaycan və Qazaxıstandadərsliklər pulsuz paylanacaq. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən bütün şagirdlər pulsuz olaraq dərsliklə təmin olunurlar. Bir kitabın illik icarə haqqı təxminən 82 qəpiyə başa gəlir. Moldovada ibtidai siniflər üçün pulsuz olan dərsliklər yuxarı sinif şagirlərə pulla verilir. Qırğızıstanda kitabdan istifadəyə görə ödəniş haqqı   ləğv edilib. Qırğız şagirdi indi çatışmayan hər dərslik üçün təxminən 3 manat ödəməli olur. Gürcüstanda bir dərslik 4 manata, Rusiyadaisə 5,5 manata satılır. Azərbaycan valideyni ora məktəbə övladını yola salmaq üçün, azı 80 manata məktəbli forması, 40 manata çanta, 40 manata ayaqqabı almalıdır. Bunlardan əlavə dəvftər, qələm və digər vacib olan ləvazimatlar almalıdır ki, bu da hər bir valideynin tədris ilinin əvvəlində azı 200 manat xərc çəkməsi ilə nəticələnəcək. Bu xərclərin azaldılması üçün vahid yarmarkalar yaradılmalı və qiymətlərə ciddi şəkildə nəzarət olunmalıdır".

Çinarə Məmmədova

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR