Fəttah Heydərov Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi
Kateqoriya məlum deyil
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir.
Bu münasibətlə Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Sfera.az vasitəsilə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib:
"Qurban bayramı Hz.İbrahimdən bu günə qədər insanların qanının tökülməməsi, kədərin, qəmin uzaq olması və xilası üçün Allahın göndərdiyi qurbanın rəmzidir. Ölkəmizdə hər zaman bayram, sülh-əminəmanlıq olsun. Xalqımız həmişə xoşbəxtlik və səadət içində yaşasın. Kəsilən qurbanlar xalqımızı günahsız yerə tökülən qanlardan, bəlalardan uzaq etsin!"
Gülnarə Eynullaqızı
Sfera.az






