Logo

Azərbaycan məscidlərində bayram namazı qılındı

Azərbaycan məscidlərində bayram namazı qılındı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Bakının Təzəpir və Əjdərbəy məscidlərində Qurban bayramı münasibətilə bayram namazı qılınıb və xütbələr oxunub.

Hər iki məsciddə bayram namazı axundların imam-camaatlığı ilə qılınıb. Xütbələrdə vətən uğrunda canlarını qurban vermiş şəhidlərin ruhuna dualar oxunub, eləcə də qurban kəsmə qaydaları haqda məlumat verilib. Daha sonra namaza qatılan insanlar bir-birlərini bayram münasibətlə təbrik ediblər.

Bu gün səhər saatlarında paytaxtla yanaşı, Azərbaycanın bütün bölgələrindəki məscidlərində bayram namazları qılınıb, dualar oxunub.

Xatırladaq ki, sentyabrın 1-i və 2-si Azərbaycanda Qurban bayramı qeyd olunur. (apa)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR