Logo

Saatın içində həbsxanaya narkotik keçirmək istədi

Saatın içində həbsxanaya narkotik keçirmək istədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a bildiriblər ki, Penitensiar Xidmətin Baş İdarəsinin və 6 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 204.2-ci maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum İsmayılov Nicat Fərhad oğlunun yanına qısamüddətli görüşə gəlmiş yeznəsi Bakı şəhər sakini Qasımov Ramin Cümşidoviçin üzərinə baxış keçirilən zaman qolundakı saatın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdən çəkisi 0.525 qram heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Nizami Rayon Polis İdarəsinə göndərilib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR