Asiya İnkişaf Bankının nümayəndələri Bakıya gəlir
Kateqoriya məlum deyil
Sentyabrda Azərbaycana Asiya İnkişaf Bankının (AİB) missiyası səfər edəcək.
"Dövlət idarəetməsinin təkmilləşdirilməsi və dövlət sektorunun səmərəliliyi" layihəsinə alt proqram üzrə missiya sentyabrın 25-dən oktyabrın 2-dək Bakıda olacaq.
Missiyanın məqsədi alt proqrama hazırlıq üçün məlumatların əldə olunmasıdır. AİB alt proqram çərçivəsində Azərbaycana 300 milyon dollar ayırmağı planlaşdırır. (trend)
Sfera.az






