Logo

3 katibəli eks-müdirin həbs müəmması - Təfərrüat

3 katibəli eks-müdirin həbs müəmması - Təfərrüat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

AMEA Fəlsəfə və Hüquq İnstitutunun keçmiş şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadənin (Hacı Xaliq Bəşər) həbsi ilə bağlı müxtəlif təfərrüatlar yayılıb.

Dələduzluqda ittiham edilərək Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildiyi bildirilən X.Əhmədzadə daha öncə də məhkəmə çəkişmələri yaşayıb.

İnternet resurslarında əks olunan məlumatlara əsasən, 1996-cı ildə Yasamal Rayon Məhkəməsində hakim Hidayət Süleymanovun sədrliyi ilə Xaliq Əhmədzadənin dələduzluq işinə baxılıb və məhkum edilib. Vəkili Qurban Məmmədov olub. 2006-ci ildə isə o, CM-in 128 və 221-ci maddələri ilə məhkum edilib. O, Azayev Yakub Aleksandroviçi ictimai yerdə döydüyünə görə 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıb.

2009-cu ildə 178.2.4 maddəsilə haqqında cinayət işi (11609) qaldırılıb, xəstə olması səbəbindən cinayət işi 19 aprel 2009-cu ildə dayandırılıb.

19 yanvar 2016-cı ildə iclas zalında həmkarı, AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Ruşən Ruşanzadəyə və digər alimlərə qarşı xuliqanlıq edib, 102-yə məlumat verilib.

Musavat.com-un əldə etdiyi məlumatda isə X.Əhmədzadənin son həbsinin səbəbi olaraq vurğulanıb ki, o, indiyə qədər bir çox vəzifəli şəxslərin adından sui-istifadə edib, özünü onların qohumu kimi təqdim edərək, işə düzəltmə və digər adlar altında dələduzluq fəaliyyəti göstərib.

Onun AMEA-ya da qeyri-qanuni yollarla gəldiyi, hətta diplomunun belə saxta olduğu, buna baxmayaraq, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu kimi əsas şöbələrindən birinə rəhbərlik etdiyi deyilir.

İşlədiyi müddətdə də institut daxilində dələduzluq işləri ilə məşğul olduğu, iki iş otağına, 3 katibəyə malik, hətta şöbə müdiri ola-ola Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadəni təhdid edərək, ondan etibarnamə aldığı və instituta faktiki rəhbərlik etdiyi iddiası yayılıb.

Bir müddət əvvəl AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu "Siyasi nəzəriyyələr” şöbəsinin elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadə AMEA prezidenti, akademik Akif Əlizadəyə müraciət etmişdi, onu plagiatlıqda suçlamışdı.

Bu arada Ölkə.az yazıb ki, Xaliq Əhmədzadə daha çox Speys TV-nin müxtəlif proqramlarında ekspert qismində iştirak edib. O, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun və "Müstəqil lider” nəşrinin sahibi Faiq Əhmədovun doğma qardaşıdır.

İddiaya görə, Speys TV prezidenti Vaqif Mustafayev Xəbərlər Departamentinin bəzi əməkdaşlarını Xaliq Əhmədzadənin "Hər gün"ün süjetlərində mütəmadi şəkildə ekspert qismində çıxışına şərait yaratdığına görə cəzalandırıb.

Qeyd edək ki, X.Əhmədzadənin həbsi ilə bağlı hələlik heç bir rəsmi açıqlama yoxdur.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR