Logo

Bakıda liftdə qadına qarşı iyrənc hərəkət

Bakıda liftdə qadına qarşı iyrənc hərəkət
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda liftdə soyğunçuluq hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, "Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu, 2-ci mikrorayon, R.Məmmədov küçəsində yerləşən yaşayış binasının liftində qeydə alınıb.

Belə ki, naməlum şəxs 2-ci mikrorayon ev 28, mənzil 79-da yaşayan Mehrəliyeva Gülşənin əl çantasını əlindən alaraq qaçıb.

Çantanın içərisində G.Mehrəliyevaya məxsus bank kartları, açarlar və pul kisəsi olub.

Hadisədən sonra G.Mehrəliyeva Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsinə (PB) müraciət edib.

Faktla bağlı Nəsimi RPİ-nin 19-cu PB-də araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR