Azərbaycanlı kriminal avtoritetlərin “sxodkasına” polis basqını

Azərbaycanlı kriminal avtoritetlərin “sxodkasına” polis basqını
 Rusiya Xüsusi Təyinatlılarının  və "Rosqvardiya”nın əlahiddə dəstələri Çelyabinskdə Azərbaycandan olan kriminal avtoritetlərin yığışdıqları  "Kiçik Gürcüstan" restoranında reyd keçiriblər.

Virtualaz.org bildirir ki, bu barədə ura.ru məlumat yayıb. Sayt hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirir ki, restoranda Rəhman Abdullayev və Çelyabinskin Traktorozavodski rayonunun kriminal avtoritetlərindən olan Vladimir Puzikov  öz cinayətkar qruplaşmaları arasındakı münasibətlərə aydınlıq gətirmək istəyiblər.

"Kiçik Gürcüstan" restoranından onlarla adam çıxarılıb və onların hamısı əlləri boyunlarının arxasında olmaqla üzüüstə asfalta sərilməyə məcbur edilib. "Avtozak”larda təxminən 50 nəfər aparılıb.

Nəşr qeyd edir ki, 47 yaşlı Rəhman Abdullayev Çelyabinskin "smotryaşisi”,  Azərbaycan qruplaşmasının lideri İlham Osmanovun "sağ əli”dir. 2015-ci ildə onu və Osmanovu zorla pul qoparma işi üzrə  saxlamışdılar. Hər ikisi şərti cəza almışdı. R.Abdullayev həm də Yekaterinburqda 4 nömrəli tərəvəz bazasının "krışalığını” təmin edib.

74.ru agentliyi isə şahidlərə istinadən bildirir ki, güc strukturları restoranda axtarış da aparıblar və içəridə olanların hamısını – müştəriləri, aşpazları, həmçinin qonşu müəssisələrdən olan insanları "götürüblər”.

Bundan başqa, bir neçə avtomobilə baxış da keçirilib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...