Logo

Temperatur iqlim normasını keçdi – Qızmar hava ilə bağlı AÇIQLAMA

Temperatur iqlim normasını keçdi – Qızmar hava ilə bağlı AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hava temperaturu iqlim normasından 2-3 dərəcə yüksəkdir.

Bu barədə Sfera.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

"Yaxın 2 gün ərizndə paytaxt və rayonlarda hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyinin əsəcəyi ,arada güclənəcəyi gözlənilir. Havanın temperaturu  gecə saatlarında müsbət 21-25, gündüz saatlarında 31-36 dərəcə olacaq.

Hava şəraitinin əksər rayonlarda yağmursuz olacaqı gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Havanın temperaturunun günorta saatlarında 33-38, dağlıq ərazilərdə 25-30 dərəcə arasında dəyişəcəyi gözlənilir."

G.Məmmədovanın qənaətinə görə, əvvəlki illərdə olduğu kimi, avqust ayında temperatur həm bir qədər yüksək olur, həm də aşağı enməsi müşahidə olunur. Bununla belə, o bildirdi ki, hazırda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksəkdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR