Logo

SON DƏQİQƏ! Azərbaycanda güclü YANĞIN - Helikopter cəlb edildi

SON DƏQİQƏ! Azərbaycanda güclü YANĞIN - Helikopter cəlb edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə avqustun 28-də Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınlar baş verdiyi barədə məlumat daxil olub.

Sfera.az
-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.

Duruca kəndində meşə ağacları və kol-kos 1 ha sahədə yanıb.

Yanğın saat 20:53-də söndürülüb.

Qalan ərazilərdə söndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR