Qənirə Ataşova ABŞ-a köçdü, həmkarlarını blok etdi...

Qənirə Ataşova ABŞ-a köçdü, həmkarlarını blok etdi...
 Fəaliyyəti dayandırılmış ANS televiziyasının qalmaqallı aparıcısı Qənirə Ataşova Amerika Birləşmiş Ştatlarına (ABŞ) köçüb. Teleaparıcının ABŞ-a köçməsi isə bu ölkədə təhsil alması ilə bağlıdır. 

Sfera.az xəbər verir ki, bu barədə gununsesi.info saytı məlumat yayıb. 

Məsələyə aydınlıq gətirmək üçün musavat.com-un əməkdaşı teleaparıcı ilə əlaqə saxlamağa çalışıb. Lakin Qənirə Ataşova sualları cavabsız qoyub. O da məlum olub ki, teleaparıcı ABŞ-a köçər-köçməz facebook sosial şəbəkəsindəki əksər dostlarını, xüsusən də jurnalistləri blok edib.

Xatırladaq ki, ötən ilin oktyabrında İstanbuldan iş təklifi alan teleaparıcı ölkəni tərk etmək istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək, geri qaytarılmışdı. Buna səbəb isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində "Gülən işi” ilə əlaqədar cinayət işinin açılması olmuşdu. Qənirə Ataşova ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Eyni zamanda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi qarşısında ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırmışdı. Beləliklə, sonradan teleaparıcının ölkə çıxışına qoyulan qadağa aradan qaldırılmışdı.

Xatırladaq ki, Q.Ataşova Türkiyədəki 15 iyul çevriliş cəhdi zamanı bu olayın arxasında dayanan Fətullah Güləndən açıqlama almışdı.


OXŞAR XƏBƏRLƏR

Kredit kartı ilə borclanma məhdudlaşdırılır – Səbəb

Mərkəzi Bank istehlak kredit kartları ilə bağlı yeni requlyativ dəyişikliklər edib. Yeni qaydalara əsasən, borcalanın kredit kartı üzrə borcu onun xalis, vergid...

Ezgi Molanın keçmiş əri güllələndi - VİDEO

Türkiyəli aktrisa Ezgi Molanın keçmiş əri, iş adamı Mustafa Aksakallının Alaçatıdakı restoranına silahlı hücum olub.   Sfera.az “Qafqazinfo&rdq...

Azərbaycan neftinin qiyməti 71 dollara düşüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1...

Ərdoğanın sülh mesajı - İstanbulda yeni danışıqlar masası qurula bilər

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasın yekunlarına dair Türkiyə Milli Təhlükəsizlik Şurasının bəyanatında qeyd olunub ki, Ankara Rusiya...

Avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO

Bakı şəhərində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb.  Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin ...

Yol polisi bəzi sürücülərə müraciət etdi: "Sükan arxasında əyləşməyin"

Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi “QAZ-3302” markalı avomobil Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıx...