Partlayışda yaralananlardan sonuncusu evə buraxılıb
Kateqoriya məlum deyil
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında yanğınla müşayiət olunan partlayış nəticəsində yaralanan şəxslərdən sonuncusu da evə buraxılıb.
Bu barədə Sfera.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Qeyd edək ki, hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmiş hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra ötən gün buraxılıb. Digər şəxs isə xəstəxanada müşahidə altında saxlanılırdı.
Sfera.az






