Paris hücumlarını təşkil edənlər bilindi - "Bizi vursanız biz də..."
Dünən gecə Fransanın Paytaxtı Parisdə baş vermiş və 165-şox insanın həyatına son qoymuş hücumları İŞİD-in öz üzərinə götürdüyü bildirilir.
Avropa.info xəbər verir ki, İŞİD-ə yaxın olan saytlar vasitəsilə verilən açıqlamalarda hadisənin Avropanın “11 sentyabr”-ı olduğu qeyd olunur.
Bundan başqa sosial şəbəkələrdə qruplaşmaya bağlı olduğu bildirilən profillərindən qələbə sevinci yaşayırmış kimi paylaşımlar edilib.
Fransa NATO-nun da dəstəklədiyi beynəlxalq koalisiyada yer alan qabaqcıl ölkələrdən biri sayıılır.
Koalisiya qüvvələri zamanı İŞİD mühüm itkilər verib. Eyni zamandı Türkiyədə keçiriləcək G 20 zirvəsi də İŞİD-in müqəddəratının həll olunacağı mühüm bir toplantıdır.
İŞİD haqda qəbul olunacaq qərarın sahibləri isə dünya tarixində ilk dəfədir ki, həmfikirdirlər. ABŞ, Rusiya, Avropa Birliyi və Çin İŞİD probleminin bir dəfəlik həll olunmasını istəyir.
Bütün tərəfələri vahid fikirdə cəmləyən İŞİD də məsələnin nə yerdə olduğunu yaxşı başa düşür. Ekspertlər elə buna gödər də İŞİD-in dünyaya “Suriyada məni vursanız mən də öz ölkənizdə sizi vuraram” mesajl vermək istədiyi qənaətindədirlər.






