Logo

Qəbul imtahanlarının formatı niyə dəyişdirilir? - Açıqlama

Qəbul imtahanlarının formatı niyə dəyişdirilir? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bilirsiniz ki, 1992-ci ildən ali məktəblərə qəbul imtahanları test imtahanı formatından istifadə olunmaqla həyata keçrilir. 26  ildir ki, eyni səpkili üsuldan istifadə artıq əmək bazarının tələblərini ödəmir".

Bu sözləri Sfera.az-a danışarkən təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Qəbul imtahanlarının formatı niyə dəyişdirilir? - Açıqlama

Ekspert hesab edir ki, ilk növbədə məzmun və forma fərqləndirilməlidir:

"Formal olaraq bu, test imtahanı sistemidir. Bu imtahanın əsas üstünlükləri insan faktorundan asılılığının minimal olması, qiymətləndirmə prosesində nəticələrin müəyyən mənada insan faktorundan aslı olmayaraq həyata keçirilməsidir. Bu, Azərbaycan kontekstində böyük üstünlükdür. Bununla da obyektivlik təmin edilir. 2008-2009-cu tədris ilindən Azərbaycan orta məktəbləri kurikulum standartlarına keçib. Bu sistemdə oxuyan məktblilər əvvəlkilərdən əldə etdikləri bilik və bacarıqlara görə fərqlənirlər. İndiyə qədər qəbul imtahanlarında qapalı, yəni cavab variantları olan test tapşırıqlarından istifadə olunurdu. Lakin 2010-cu ildən sonrakı nəticələri təhlil etdikdə görürük ki, bu artıq özünü doğrultmur. Buna görə də təhsil sistemimizdə qiymətləndirmədə yeni məzmun standartlarını ölçmək üçün yeni alətlərin istifadəsinə ehtiyac yaranıb. Amma birdən birə buna keçmək əks effek verə bilər. Belə ki, bu il, 2017-ci ildə IX siniflər üzrə keçirilən buraxlış imtahanları göstərdi ki, biz hələ tam şəkildə buna hazır deyilik. 60 faizdən çox məhz 2 il sonra qəbul imtahanlarında iştirak edəcək şəxslərin aşağı qiymət alması birdən birə sistem dəyişikliyi olsa ortaya çıxacaq problemlərdən xəbər verir".

Ekspertin fikrincə, iki il sonra tətbiq olunan  üsul yenədə test olacaq:

"Amma bizim vərdiş etdiyimiz qapalı test tapşırıqları yox. Çünki testin bir üsulu yoxdur. Bununla bərabər digər əlavələr də olacaq. Esse yazılması, inşalar kimi əlavələr də olacaq. Qəbul imtahanlarında uğurlu məzun üçün tələb olunan bir sıra bilik və komptenesiyaları ölçmək qabiliyyətinə malik olan test olalacaq. Bunu üstün tərəfləri var. Çünki bizim məzunlar nitq, problemli situasiyadan çıxış kimi imkanları məhduddur. Danılmazdır ki, test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun bir sıra kompetensiyalarını ölçmək qabiliyyətinə malik olmadığını görürük. Ali məktəbə qəbul olan abituriyentlər yazı yaza bilmir, şihafi nitqi yoxdur. Onların yazılı və şifahi nitqinin inkişafı vacibdir.

Vacib bir məqamı qeyd etmək istəyirəm ki, əslində testin ləğv olumasından söhbət getmir. Təhsil Strategiyasının 3.1.6. bəndində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi göstərilir. Sadə bir nümunə aparsaq, ADA, Seçenov adına Tibb Universitetinin Bakı filialı, MDU-nun Bakı filalında tələbə qəbulu test + müsahibə (esse və s) şəklində aparılır. Yenilik bu formata reallaşacaq. Nümunə olaraq Müəllimlərin İşə Qəbulu imtahanlarını götürsək, müəllim adın qazanmaq üçün İLKİN şərt olaraq KEÇİD balını (TEST) toplamaq zəruridir. Növbəti mərhələ (MÜSAHİBƏ) isə namizədin adekvatlığı, onun dünyagörüşünü, real biliklərini ortaya qoyur. Test mərhələsindən sonra, ictimai nəzarəti təmin etməklə, şəffaf şəkildə müsahibə mərhələsinin aparılması ilə ATM-lərə qəbul yalnız təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edə bilər".

Ekspert qeyd edi ki, XXI yüzilliyin tələbləri tamam başqadır:

"Biz XX yüzillikdə ancaq bilik verməklə məşğul olduq. Bu cəmiyyətdə yaşayan hər bir insan minimal biliklərə malik olmaqla, müəyyən sosial insani davranışlara, cəmiyyətdə adaptasiya, öz Mən-ini qoya bilmək bacarığına malik olmalıdır. Bu isə məktəbəqədər tədris müəssisələrindən başlayıb, mərhələli şəkildə ailədə, cəmiyyətdə, oxuduğu təhsil müəssisəsində formalaşmalıdır. Orta məktəblərdə vacib fənlər tədris olunmalıdır. Ölkəşünaslıq, mədəniyyətşünaslıq kimi fənlər insanın formalaşmasında, yetişməsində, həmin bilik və bacarıqların aşılanmasında vacibdir. Dinşünaslığın bir elm şəklində, əxlaq və mənəviyyat dərsi kimi tədrisi çox vacibdir. Bu gün bizim orta məktəblərin qarşısında duran əsas vəzifə hərtərəfli, sosial cəmiyyətə adaptasiya ola bilən, dürüst, layiqli, ədalətli, obyektiv, öz hüquqlarını bilən insanın yetişdirilməsidir. Məhz qəbul imtahanlarında da bu nəzərə alınmalıdır".

Çinarə Məmmədova

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR