Logo

SON DƏQİQƏ! Namiq faciəvi şəkildə dünyasını dəyişdi

SON DƏQİQƏ! Namiq faciəvi şəkildə dünyasını dəyişdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ukraynanın Luqansk vilayətində azərbaycanlı çoban həlak olub.

luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, vilayətin Bryankovsk rayonunun Annovka qəsəbəsi yaxınlığında heyvandarlıqla məşğul olan, Azərbaycanın Kəlbəcər rayonunda anadan olmuş Həsənov Namiq Zəlimxan oğlu qoyun otararkən minaya düşüb.

Partlayış nəticəsində xeyli qoyun-quzu da tələf olub.

Ukrayna vətəndaşı olan N. Həsənovun cəsədinin qalıqları yaşadığı Annovka qəsəbəsi yaxınlığında dəfn olunub.

Xatırladaq ki, Bryankovsk rayonu separatçı "Luqansk Xalq Respublikası"nın nəzarətindədir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR