Logo

Cənubi Azərbaycandakı etirazlar Türkiyəyə çatdı

Cənubi Azərbaycandakı etirazlar Türkiyəyə çatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə İranda azərbaycanlıları aşağılayan televiziya proqramına qarşı etiraz aksiyası keçirilib.

Sfera.az-ın ans press-ə istinadən məlumatına görə, İstanbul şəhərində İranın bu ölkədəki səfirliyi qarşısında baş tutan aksiyaya yüzlərlə şəxs qatılıb. Fəallar Azərbaycan və Türkiyə bayraqları ilə İrana qarşı şüarlar səsləndiriblər.

Oxşar aksiyalar, eyni zamanda, paytaxt Ankarada da baş tutub. Fəallar Azərbaycan və Türkiyə naminə şüarlar səsləndirib, birlik nümayiş etdiriblər.

Xatırladaq ki, ötən həftə İranın “Kanal 2” (İRİB) telekanalında uşaqlar üçün göstərilən sənədli filmdə cənubi Azərbaycandan olan bir nəfərin dişlərini tualet fırçası ilə fırçaladığı və buna görə onun ağzından pis iy gəldiyi nümayiş olunub.

Verilişdə səsləndirilən bu fikirlər İranda yaşayan azərbaycanlıların etirazına səbəb olub və küçələrə axışıblar. Etiraz aksiyaları Güney Azərbaycanın Təbriz, Urmiyyə, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Haray, haray, mən Türkəm”,”Ölüm olsun rasizmə”, kimi şüarlar altında keçirilib.Cənubi Azərbaycandakı etirazlar Türkiyəyə çatdı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR