Atanın uşaqlarına verdiyi əzab görənləri dəhşətə gətirdi - FOTO
Kateqoriya məlum deyil
Türkiyənin Şanlıurfa rayonunda bir atanın motosikletin arxa oturacağına keçirdiyi xurcunda iki azyaşlı uşağını daşıdığını görənlər dəhşətə gəlib.

Milli.Az Haberler-ə istinadə xəbər verir ki, ilk baxışda motosikletin normal bir şəkildə yol boyu irəlilədiyini zənn edən sürücülər xurcuna diqqətlə baxanda tərpəndiyini görüblər. Dəhşətə gələn sürücülərdən biri mobil telefonu ilə hadisənin fotosunu çəkib.
Şəkildə motosikletin arxa oturacağından sallanan xurcunda iki uşağın olduğu görünür.
Həmin görüntüləri təqdim edirik:







