Terrorçuların əsas hədəfi olacaq üç ölkənin adı bilindi
Kateqoriya məlum deyil
Bunu açıqlamasında İraqın Xarici İşlər naziri İbrahim Cəfəri söyləyib.
İraq kəşfiyyatı Fransa, İran və ABŞ-ın terrorçuların əsas hədəfi olacağını müəyyən edib.
Sfera.az xəbər verir ki, bunu “Röyter” agentliyinə açıqlamasında İraqın Xarici İşlər naziri İbrahim Cəfəri söyləyib. Onun sözlərinə görə, artıq bu təhdidlə bağlı məlumatlar hər üç ölkənin xüsusi xidmət orqanlarına verilib.
Qeyd edək ki, noyabrın 13-də Parisdə 150-dən çox insanın ölümü ilə nəticələnən terakt törədilmişdi.






