Logo

Ali təhsil müəssisələrinin qeyri peşəkar olaraq müəyyən etdikləri yüksək səviyyəli təhsil haqqı... - Ekspertdən İDDİA

Ali təhsil müəssisələrinin qeyri peşəkar olaraq müəyyən etdikləri yüksək səviyyəli təhsil haqqı... - Ekspertdən İDDİA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Təəssüflər olsun ki, ildən ilə Azərbaycan ali təhsil müəssisələrinin bütün pillələri üzrə təhsil haqları ciddi şəkildə artırılır. Lakin bunun müqabilində verilən təhsilin keyfiyyətində heç bir artım müşahidə olunmur".

Bu sözləri Sfera.az-a danışarkən təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ali təhsil müəssisələrinin qeyri peşəkar olaraq müəyyən etdikləri yüksək səviyyəli təhsil haqqı... - Ekspertdən İDDİA

Ekspert qeyd edib ki, 2013-cü ildə qəbul edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında  müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsini və Təhsilin İnkişafı Fondunun yaradılmasını nəzərdə tutur:

"Bundan başqa, 2015-ci ildə  aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılması məqsədi ilə "Maarifçi" Tələbə Kredit Fondu yaradılıb. Bu fond  öz məqsədinə nail olmaq üçün aztəminatlı tələbələrə onların təhsil məsrəflərinin maliyyələşdirilməsinə dəstək olmaq üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən müvəkkil kredit təşkilatları tərəfindən güzəştli təhsil kreditlərinin verilməsini təşkil edir, aztəminatlı tələbələrə onların təhsil məsrəflərinin maliyyələşdirilməsinə dəstək olmaq üçün müxtəlif qurumlar və fiziki şəxslər tərəfindən qrantların verilməsini təşkil etməklə fəaliyyət göstərir.Düzdür qurumun fəaliyyət göstərdiyi müddət ərzində verdiyi tələbə kreditlərinin sayı Azərbaycanda təhsil alan tələbələrin heç 1 faizi həcmində deyil, amma ilkin olaraq bundan 100 – dən çox şəxs yararlana bilib. Dünyada ali təhsil müəssisələri tələbələrdən hər smrestr üzrə təhsil haqqını alır. Bizdə isə öncədən bir ilin bütün təhsil haqqı. Bu doğru yanaşma deyil. Məhz buna görə minlərlə şəxs ali təhsil almaqdan məhrum olur".

Ekspertin fikrincə, müstəqil təhsil fondlarının yaradılmasına ciddi ehtiyac var:

"Türkiyədə bu tipli kifayət qədər təşkilatlar fəaliyyət göstərir və onlar təhsil haqqını ödəyə bilməyən tələbələrə yardımlar edirlər. Bu gün Ali təhsil müəssisələrinin müəyyən etdiyi təhsil haqları reallığı əks etdirmir. Onların qeyri peşəkar olaraq müəyyən etdikləri yüksək səviyyəli təhsil haqqı burda insanların oxumasına maneə yaradır. Onlar da daha ucuz qiymətə xarici ölkələrdə təhsillərini davam etdirməyə gedirlər".

Azər Salam

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR