Logo

Sürücülərin nəzərinə: Bu yol 4 gün bağlı olacaq

Sürücülərin nəzərinə: Bu yol 4 gün bağlı olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabahdan Binəqədi rayonunda Balaxanı-Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad-Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Azəravtoyol ASC-nin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, bu, aparılacaq təmir işləri ilə əlaqədar olaraq, tətbiq ediləcək.

"Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək, yəni 4 gün, avqust ayının 19-na kimi qüvvədə olacaq. Sürücülərdən alternativ yol kimi Zabrat-Məhəmmədi-Pirşağı avtomobil yolundan istifadə tövsiyə edilir", - deyə məlumatda əlavə olunub.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR