Bu idman federasiyasının ofisi bağlandı

Bu idman federasiyasının ofisi bağlandı
Azərbaycan Qılıncoynatma Federasiyasının ofisi bağlanıb. Bunu Federasiyanın vitse-prezidenti Yaşar Məmmədov deyib.

O, federasiyanın prezidenti Nazim İbrahimovun 2 ildən çoxdur ki, maaşları verməməsinə görə, ofisi avqustun 1-dən bağlamalı olub. 

Məmmədov qeyd edib ki, artıq onun öz cibindən federasiya işçilərinə və kommunal xərclərə verəcəyi pul yoxdur. Bu üzdən vitse-prezident bu üsula əl atıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olan Nazim İbrahimovun isə Bakıda olmadığı deyilir. O, sentyabrın 1-dək məzuniyyət götürüb.

Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsindən isə deyiblər ki, sentyabradək səbir edin. Nazim İbrahimovla görüş olandan sonra, hər şeyə aydınlıq gələcəyi gözlənilir. "Ancaq əvvəllər də belə deyildiyini nəzərə alsaq, bu federasiyada "köhnə hamam, köhnə tas"ın davam edəcəyi gün kimi aydındır”, - Y.Məmmədov bildirib. (prosport.az)
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...