Logo

İdmançı adamdır, səhhətində... - Əhəd Abıyevin vəziyyəti pisləşib? - ÖZƏL

İdmançı adamdır, səhhətində... - Əhəd Abıyevin vəziyyəti pisləşib? - ÖZƏL
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlərin yaranması barədə xəbərlər yayılıb.

Yayılan məlumata görə, Ə.Abıyevin səhhəti pisləşdiyi üçün təcili olaraq Almaniyaya aparılıb. Hətta icra başçısı bir həftədən çoxdur Almaniyada müalicə olunsa da, səhhəti ilə bağlı hər hansı məlumat əldə etmək mümkün olmayıb.

Məsələni tam dəqiqləşdirmək üçün Sfera.az-ın əməkdaşı icra başçısı Əhəd Abıyevlə əlaqə saxlayıb. Telefona özü yox, onun müavini Namiq Süleymanov cavab verib.

Namiq Süleymanov Sfera.az-a açıqlamasında bildirib ki, icra başçısı bu gün tədbir və qəbul keçirib:

"Bu cəfəngiyyatı kim yayır, bilmirəm, ancaq başçının səhhətində heç bir problem yoxdur. Özü idmançı adamdır, hər şey yaxşıdır. Hətta bu gün rayonda təşkil olunan böyük tədbirdə iştirak edib və qəbul keçirib".

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR