Parisi qana bulayan terrorun əmrini verən İŞİD-çi tutuldu - VİDEO
Fransanın paytaxtı Parisi qana bulayan terror aktlarının əmrini verən şəxsin adı açıqlanıb.
Sfera.az baku.ws-d'n aldığı məlumata görə, fransız rəsmilər qətliamın həyata keçirilməsi əmrini verən şəxsin belçikalı Abdulhəmid Abaaoud olduğunu bildirib. İddiaya görə, Abaaoudun Brüsseldə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hətta bu anın görüntüləri də mətbuatda yayımlanıb. Bir başqa iddiaya görə isə Abaaoud son anda Suriyaya qaçıb.
Fransa polisi Paris terrorunun təşkil edən Abaaoudun Avropadan İŞİD-ə döyüşçü toplamaqla məşğul olduğunu bildirib. İddialara görə, terror aktı Suriyadakı mənbələrdən gələn əmrdən sonra törədilib. Polisin digər bir məlumatına görə, "Bataklan" konsert salonundakı canlı bomba 1987-ci il təvəllüdlü Fransa vətəndaşı Sami Amimourdur. Polis terrorçu ilə yanaşı onun 3 yaxınını da saxlayıb.
Şahin Həbibov
BAKU.WS






