Logo

Nazirlik ağac kəsənləri polisə verib

Nazirlik ağac kəsənləri polisə verib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nazirlik və polis yasamalda ağacları kəsib qaçan şəxsləri axtarır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, nazirliyin "Qaynar Xətt”inə Yasamal rayonu Ş.Mehdiyev küçəsi 3 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib. Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Yasamal rayon Polis İdarəsinə müraciət edilib.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR