Logo

Bakıda zəvvarlar üçün kurs açılıb

Bakıda zəvvarlar üçün kurs açılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün hər həftənin şənbə və bazar günləri "Təzə Pir" məscidində kurslar təşkil edib.

QMİ-dən Sfera.az-a verilən məlumata görə, qruplar üçün ayrıca təhkim olunmuş qrup rəhbərləri sərəncamında olan zəvvarlara iclaslar keçirir və hacı namizədlərini ziyarətlə bağlı lazım olan məlumatlarla təmin edir.

QMİ-dən o da bildirilib ki, bu il Həccə gedəcək zəvvarlardan təxminən 24 qrup təşkil olunub. Zəvvarlarla birlikdə aralarında qadın da olan 5 nəfərdən ibarət həkim briqadası gedəcək.

Bu il Həcc ziyarətinə gedəcək olanların 60 faizi kişilərdir.

Zəvvarların ən yaşlısı 86 yaşlı qadın, ən gənci isə 18 yaşlı oğlandır.

Ziyarət üçün 2004-cü il təvəllüdlü oğlan müraciət etsə də, sonradan ziyarətə getməkdən imtina edib.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək olan ilk zəvvar qrupu avqusun 24-də yola salınacaq.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR