İcra başçısının gənc xanım müavini kimdir?
Kateqoriya məlum deyil
Xəbər verdiyimiz kimi, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının yeni müavini vəzifəsinə təyinat olub. Bu vəzifəyə Fərəcova Rəna Möhübbət qızı təyin edilib.
Rəna Fərəcova Azərbaycan Dillər Universitetinin məzunudur. O, 2011-ci ildə Bakalavr, 2013-də Magistr təhsilini bitirib.
İcra başçısının müavini bundan əvvəl Azərbaycan Dillər Universitetinin Təlimdə İnnovasiyalar kafedrasında müəllim kimi fəaliyyət göstərib.
O, filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını "Müasir ingilis dilində təyin-budaq cümləli tabeli mürəkkəb cümlələrin variativliyi" mövzusu üzrə müdafiə edib. (qaynarinfo)
Sfera.az






