Azərbaycanda bu işçilərin maaşları artdı - RƏSMİ
Kateqoriya məlum deyil
Tikinti sahəsində çalışan muzdlu işçilərin sayı və orta aylıq əmək haqqı barədə məlumatlar açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-iyun aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 97,8 min nəfər təşkil etmiş, onların 48,6 min nəfəri binaların tikintisində, 24,6 min nəfəri mülki təyinatlı inşaat işlərində, 24,5 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışmışdır. İşçilərin 28,2 faizi dövlət, 71,8 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olmuşlar.






