Logo

İlham Əliyevlə Obama nədən danışıb? – “G-20”dən REPORTAJ

İlham Əliyevlə Obama nədən danışıb? – “G-20”dən REPORTAJ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın “Kommersant” nəşrinin “G-20” sammitinin keçirildiyi Antalyaya ezam olunmuş xüsusi müxbiri Andrey Kolesnikov maraqlı reportaj hazırlayıb.

Sfera.az həmin reportajı ixtisarla təqdim edir:

Türkiyənin böyük turizm şəhəri bu günlərdə dünya siyasətinə xidmət edir. Rusiyalı jurnalistlərin yaşadığı “Riu Kaya Palazzo Resort” mehmanxanası tipik türk üslubundadır. Gecə-gündüz yeməklər, içkilər, masaj və sauna... Bütün administrator və ofisiantlar rus dilində danışır. Əlbəttə, burada işləməkdən çox, dincəlmək istəyirsən.

BRİKC (Braziliya, Rusiya, Hindistan, Çin, CAR – red.) sammiti “Maxx Royal” mehmanxanasında keçirilirdi. Bu şəhərin mərkəzi küçələrində yerləşir. Bizi sammitin keçirildiyi mehmanxanaya aparan avtobusda hindlilər də gəlirlər. Və kimsə səki üzərində qaçan birini göstərir. Hər kəs ora baxır. Beysbol, qısa şalvar və idman ayaqqabılarda qaçan qadını görürük.

- Dilma! Dilma!

Bəli, bu odur, Braziliya prezidenti Dilma Russef. O, “Maxx Royal” otelində yaşayır və həmişəki kimi səhərlər bir neçə kilometr qaçır. Təxminən 5 dəqiqə onu görə bilirik, daha sonra o mehmanxananın korpuslarından birində itir.

BRİKC sammitində Sergey Lavrovu görürəm və o, indi Vladimir Putinin gələcəyini deyir.

- İndi prezident gələcək və hər şeydən danışacaq.

Ondan Suriya ilə bağlı məsələləri soruşuram.

- İlk baxışdan elə görünür ki, hər şey uğurlu alındı və Suriyada vaxtından əvvəl prezident seçkiləri keçiriləcək. Lakin hər şeyin yenidən dalana dirənəciyi ehtimalı da var və seçkidə yalnız Əsədin özü iştirak edəcək.

- Kimin iştirak edib-etməyəcəyini biz həll etmirik. Bu, Suriya xalqının iradəsidir.

Maraqlıdır ki, hər şeyi Suriya xalqının iradəsi həll edəcəksə, o zaman Vyanada nə üçün toplantı keçirildi. Görünür, bu günlərdə Lavrov Suriya haqda səmimi danışmaq istəmir. Xarici işlər naziri masa arxasında öz yerini tutdu. Bu vaxt xəbər yayıldı ki, Türkiyənin cənubunda bir kamikadze özünü partladıb və bir neçə polis zərər çəkib.

- Biz özümüz də Türkiyənin cənubundayıq axı – Rusiya nümayəndə heyətinin üzvləri bir-birinə baxdı.

Lakin məlum oldu ki, bu Türkiyə-Suriya sərhədində baş verib. BRİKC sammitində görüş təyin olunan vaxtdan 40 dəqiqə sonra başladı və bütün dövlət başçıları Parisdəki terrorla bağlı həmrəylik nümayiş etdirdilər. Hər kəs başsağlığı verdi və qəddar terrora qarşı birləşməyin vacibliyini qeyd etdi.

Tezliklə “Regnum Karya Hotel” mehmanxanasında “Böyük İyirmilik” liderlərinin görüşü başladı. Əvvəlcə ənənəyə uyğun olaraq şəkil çəkdirdilər. Birincilər ilk sırada yer alıb. Ən mərkəzdə Ərdoğan, onun yanında Obama var. Fotodan sonra Obama bir neçə nəfərlə görüşür.

Budur, Azərbaycan Prezidenti ilə Barak Obama əl tutuşurlar. Onlar ayaqüstü söhbət aparırlar. Ərdoğan da yanlarındadır. Onların danışdıqları maraqlıdır, lakin müəyyənləşdirmək çətindir.

Obama daha sonra Avropa Şurasının prezidenti Donald Tuskomla söhbət edir və deyəsən, onu buraxmaq istəmir. Arada Braziliya prezidenti ilə öpüşür, sonra yenidən söhbətə davam edir.

Bəs Vladimir Putin haradadır? Budur, Obamaya yaxınlaşır, Ərdoğanın da iştirakı ilə qısa söhbət aparırlar. Amma ciddi məsələlərdən danışdıqları inandırıcı deyil. Lakin daha heç kim deyə bilməyəcək ki, G-20-da ABŞ və Rusiya prezidentlərinin görüşü olmadı. Və o da maraqlıdır ki, ev sahibi Ərdoğanın bir tərəfində Obama dayandığı təqdirdə, digər yanında Vladimir Putin deyil, Çin prezidenti dayanmışdı.

G-20 liderlərinin səhər yeməyi tamamilə qapalı keçirildi. Jurnalistlər hətta ilk tostu belə eşitmədilər. Günorta sammitin təlaşından yorulmuş jurnalistlər mehmanxanaya istirahət üçün getdilər.

Daha sonra bir xəbər sürətlə yayıldı. Səhər yeməyindən sonra Vladimir Putin və Barak Obama plenar iclasların keçirildiyi zala eyni liftə qalxıb. Yəqin ki, susmayıblar və danışıblar. Qəti şəkildə aydın oldu ki, onlar dəri divanlarda əyləşərək tərcüməçilər vasitəsilə danışıblar və bu danışıqlar əvvəlki kimi qısa deyildi. Onların nədən danışdıqları bir müddət məlum olmadı. Sonradan Ukrayna və Suriya haqda danışdıqları aydınlaşdı. Amma bunun yaxşı, yaxud pis olduğunu demək çətindir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR