Logo

Azərbaycanda bu kanalın adı dəyişdirilib

Azərbaycanda bu kanalın adı dəyişdirilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Quba rayonunda fəaliyyət göstərən "Xəyal” Müstəqil Televiziya və Radio Şirkətinin adı dəyişidirilib.

Milli Televiziya və Radio Şurasının bu gün keçirilən iclasında şirkətin adının dəyişdirilməsi ilə əlaqədar olaraq ona verilmiş regional televiziya yayımı üçün xüsusi razılığın (lisenziyanın) "Qafqaz” Müstəqil Televiziya və Radio Şirkətinın adına rəsmiləşdirilib.

Bundan başqa, iclasda "Albax TV” MMC-yə 27 iyul 2011-ci il tarixdə kabel şəbəkəsi yayımı üçün 6 il müddətinə verilmiş xüsusi razılığın (lisenziyanın) müddətsiz hesab edilməsi barədə qərarlar qəbul edilib. (report)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR