Logo

Putindən ŞOK İTTİHAM: “Bu ölkələr arasında G20-nin üzvləri də var”

Putindən ŞOK İTTİHAM: “Bu ölkələr arasında G20-nin üzvləri də var”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“İŞİD 40 ölkədən maliyyə dəstəyi alır. Bu ölkələr arasında G20 üzvləri də var”.

Sfera.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Antalya şəhərində keçirilən G20 (“Böyük iyirmilik”) Liderlər Zirvəsinin bağlanış iclasında Rusiya prezidenti Vladimir Putin deyib.

“G20 ölkələrinin liderlərinə İŞİD-in maliyyə kanalları ilə bağlı məlumatlar verdim. Həmkarlarıma terrorçuların qeyri-qanuni neft ticarətinin miqyasını ortaya qoyan, kosmos və təyyarələrdən çəkilən fotoşəkilləri göstərdim. Fotoşəkillərdə görünən neft yüklü avtomobil karvanının uzunluğu onlarla kilometr təşkil edir”, - Putin söyləyib.

Terrorla mübarizə üçün beynəlxalq koalisiyanın qurulmasının hələ də mümkün olduğuna inandığını ifadə edən Putin bunun zəruri olduğunu qeyd edib: “Sentyabr ayında BMT Baş Assambleyasının toplantısında terrora qarşı vahid beynəlxalq koalisiya qurulması çağırışını etdim. Toplantıdan sonra yaşanan faciəvi hadisələr bizim haqlı olduğumuzu sübut etdi”.

İŞİD-ə qarşı mübarizədə dəfələrlə əməkdaşlıq çağırışını etdiyini xatırladan Putin ABŞ-ın mənfi cavab verdiyini vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR